Gürcüstanla sərhəddə qeydiyyatdan asılı olmayaraq bütün vətəndaşlara çağırış vərəqələri VERİLƏCƏKbackend

Gürcüstanla sərhəddə qeydiyyatdan asılı olmayaraq bütün vətəndaşlara çağırış vərəqələri VERİLƏCƏK

Rusiya-Gürcüstan sərhədində qeydiyyatdan asılı olmayaraq Rusiya Federasiyasının hərbi xidmətə cəlb olunan bütün vətəndaşlarına çağırış vərəqələri veriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Şimali Osetiya rəhbəri Sergey Menyailo məlumat verib. O bildirib ki, “Verxniy Lars” keçid məntəqəsində Rusiya Müdafiə Nazirliyinin siyahılarına uyğun olaraq hərbi xidmətə cəlb olunan vətəndaşlara çağırış vərəqələri verəcəklər.

Məlumata görə, orada çağırış yalnız regionlardan olanlara veriləcək. Bu gün səhər saatlarında buraxılış məntəqəsində Hərbi Komissarlığın səfərbərlik məntəqəsi yaradılıb və onlar hərbi xidmətə cəlb olunanlara çağırış vərəqələrinin verilməsinə başlayıblar. Həmçinin, Menyailo respublika ərazisində avtomobillərin keçidini məhdudlaşdırmaq planlarını açıqlayıb.

O bildirib ki, çağırış vərəqələrinin verilməsi proseduru Rusiya Prezidenti Vladimir Putinin fərmanına uyğun olaraq həyata keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*