Hacıqabulda istixanada YANĞINbackend

Hacıqabulda istixanada YANĞIN

Hacıqabul rayonunda yanğın hadisəsi olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, rayonda ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və yaxınlıqda ümumi sahəsi 230 m² olan istixananın polietilendən ibarət üzlüyü 30 m² sahədə yanıb. Tövlənin və istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*