Haitidə mikroavtobusa silahlı hücum nəticəsində 10 nəfər ölüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Port-au-Prinsdə polis idarəsi yaxınlığında bir qrup şəxs mikroavtobusa silahlı hücum edib.
Hücum zamanı mikroavtobusda olan 10 nəfər ölüb, bəziləri ağır olmaqla çox sayda insan yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, dəstənin “dur” xəbərdarlığına tabe olmayan mikroavtobus gülləbaran edilib.
Hadisəyə görə məsuliyyəti “400 Mwozo” qruplaşması öz üzərinə götürüb. Polis genişmiqyaslı əməliyyata başlayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Haiti İnteqrasiya Ofisinin 2 Fevralda hazırladığı hesabatda 2023-cü ilin son 3 ayında Haitidə 2300-dən çox adamın öldürüldüyü, yaralandığı və ya qaçırıldığı bildirilib.
Ariz Həsənoğlu,
KONKRET.az
