ABŞ-ın dövlət katibi Entoni Blinken BMT Baş Assambleyası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışdıqlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Blinken bu barədə öz sosial media hesabında məlumat verib.
“Mən BMT Baş Assambleyasında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-Türkiyə arasında geniş tərəfdaşlıq, Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası səyləri, Qarabağdakı humanitar vəziyyət və İsveçin NATO üzvlüyünün başa çatması barədə danışdım”, – deyə Blinken bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
