“Heç bir sənədi qəbul etməyəcəyik və bunu indi dünyaya elan edirəm” – Araik Arutyunyanbackend

“Heç bir sənədi qəbul etməyəcəyik və bunu indi dünyaya elan edirəm” - Araik Arutyunyan

Ermənistan hakimiyyəti dəfələrlə Artsax (qondarma qurum) hakimiyyətini əmin edib ki, Artsaxla müzakirə etmədən və Artsax xalqının fikrini nəzərə almadan, Artsaxla bağlı heç bir sənəd imzalanmayacaq.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın hazırda rus sülhməramlı kontingentin mövcud olduğu ərazisindəki separatçıların lideri Araik Arutyunyan bu gün yayımladığı video müraciətində bildirib.

44 günlük ikinci Qarabağ müharibəsində Xankəndidəki zirzəmilərdə gizlənən separatçı Araik Arutyunyan qondarma rejimin beynəlxalq səviyyədə tanınması və münaqişənin həlli üçün bir sıra şərtlərin zəruri olduğunu vurğulayıb. O bildirb ki, bu, minimum şərtlərdir ki, onları təmin etmək üçün səy əsirgəməmək lazımdır və bunun üçün Artsax-Ermənistan-Diaspor üçlüyü ilə bir daha birləşmək lazımdır: “Biz səbirlə silahlanmalı və qırmızı xətləri aydın tutaraq seçdiyimiz yolu strateji mübarizə ilə davam etdirməliyik. Əminəm ki, ağlabatan, ardıcıl və strateji səylər nəticəsində ədalətli məqsədimiz reallaşacaqdır. Həmin qırmızı xətlərin saxlanması kontekstində Artsaxı Azərbaycanın bir hissəsi hesab edə biləcək hər hansı sənədin bizim üçün qəbuledilməz olduğu barədə bəyanatlarımız var. Bununla əlaqədar olaraq, biz müntəzəm olaraq Ermənistan  hakimiyyəti ilə siyasi məsləhətləşmələr aparırıq, bu zaman biz Artsaxın gələcəyi, xüsusən onun təhlükəsizliyi və statusu ilə bağlı öz mövqelərimizi təqdim edirik. Ermənistan  hakimiyyəti dəfələrlə əmin edib ki, bizimlə müzakirə etmədən və Artsax xalqının fikrini nəzərə almadan Artsaxla bağlı heç bir sənəd imzalanmayacaq. Mən bir daha əmin edirəm ki, biz Artsax xalqının maraqlarına zidd olan heç bir sənədi qəbul etməyəcəyik və bunu indi dünyaya elan edirəm”.

Separatçı Arutyunyan 44 günlük müharibədə başına dəyən dəmir yumruqdan dərs çıxarmaq yerinə, yenə də separatçı düşüncəsini açıq şəkildə bildirərək, Azərbaycan ordusunun gülləsi qarşısna özünü atır.

O bildirib ki, Qarabağ münaqişəsi ilk növbədə Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və danışıqlarsız tanınması və onun həyata keçirilməsinin nəticələri əsasında həll edilməlidir: ” Artsax xalqına öz müqəddəratını təyin etmək hüququ təkcə beynəlxalq hüququn məşhur sənədləri ilə deyil, həm də münaqişənin həlli üçün beynəlxalq mandata malik ATƏT sənədləri ilə verilir. Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində münaqişənin həllinin əsasını təşkil edən üç prinsipdən ikisi əsassız və köhnəlmişdir: ərazi bütövlüyü, güc tətbiqinin yolverilməzliyi və təhdid”.

Separatçı Araik Arutyunyan bildirib ki, fürsətdən istifadə edərək, o bir daha beynəlxalq ictimaiyyətin aktyorlarını öz öhdəliklərini yerinə yetirməyə və Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu və  müstəqilliyini tanımağa çağırır: “Azərbaycanın ərazi bütövlüyü prinsipi vasitəsilə Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna kölgə salmaq cəhdləri qəbuledilməz və əsassızdır, çünki hüquq həmişə prinsipdən üstündür. Bu halda öz müqəddəratını təyinetmə hüququnun yeganə subyekti Artsax xalqıdır ki, o öz vətənində öz müqəddəratını təyin etmək və onu tam şəkildə idarə etmək uğrunda mübarizəsini dayandırmayacaq və mən əminəm ki, bu mübarizə davam edəcək. Bütün erməni xalqının və dəyərli dostlarımızın qeyd-şərtsiz dəstəyi, öz müqəddəratını təyinetmə hüququna və milli maraqlarımıza əsaslanaraq, biz 1991-ci ildən bəri seçdiyimiz yol olan Artsaxın  müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün səylərimizi davam etdiririk.”.

Separatçı bildiirb ki, əsas məqsədləri ana vətən bildikləri Ermənistanla yüksək səviyyədə inteqrasiyadır./Vətəninfo.az

  • Muhammed
    Sentyabr 20, 2022 - 10:09

    Ay ibnə sən diyəsən unutmusan Dəmir yumruğunu zərbəsini, Qeyrətli Şanlı Vətənpərvər Ordumuzun sizlərə Qan uddurub param – parça etdiklərini. Allahın lənətinə gəlmisiniz, torpaqlarımızda yaşayıb çörəyini yeyib, suyunu içib qudurmsunuz, min kərə lənət sizə və sizi kimlərinə. AMİN

Muhammed üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*