Fələstin-İsrail münaqişəsi zamanı jurnalistlər kütləvi şəkildə həlak olur.
KONKRET.az xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) baş katibi Kristof Deluar bildirib.
Deluar qeyd edib ki, son bir ay yarım ərzində öldürülən jurnalistlərin sayı onu dəhşətə gətirib.
“Baş verənlər sadəcə dəhşətdir. Biz heç vaxt bu qədər jurnalistin öldürüldüyünü görməmişdik”, – Deluar deyib.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, bu il oktyabrın 7-dən Qəzza zolağında 42 jurnalist öldürülüb.
Ariz Həsənoğlu,
KONKRET.az