Lənkəranda çay fabrikinin müdiri vəfat edib.
KONKRET.az xəbər verir ki, Türkiyə vətəndaşı olan 1980-cı il təvəllüdlü Murad Abdulla oğlu Mutlu axşam saatlarında özünü narahat hiss etdiyi üçün rayon xəstəxanasına aparılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
M.Mutlunun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. İş adamının ölümünün səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Qeyd edək ki, Murad Mutlu azərbaycanlı xanımla ailə həyatı qurub və iki övladı var. O, Lənkəranda fəaliyyət göstərən çay fabrikinin müdiri idi.
Faktla bağlı araşdırma aparılır.
