HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partlatdıbackend

HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partlatdı

“Əl-Qəssam” briqadaları (Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı) Qəzza şəhərində İsrail Müdafiə Ordusunun (SAXAL) əsgərlərinin olduqları minalanmış tuneli partladıblar.

KONKRET.az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı məlumat yayıb.

“Əl-Qəssam” döyüşçüləri Qəzza şəhərinin Əl-Şeyx Radvan bölgəsində sionist (İsrail – red.) piyada birliyi ilə minalanmış tuneli partladıblar, bu da yaralanmalara səbəb olub”, – deyə HƏMAS-ın hərbi qanadı bəyanat yayıb.

“Əl-Qəssam” briqadasından verilən açıqlamaya görə, hərəkatın döyüşçüləri daha sonra İsrail hərbçilərini minaatanlardan atəşə tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*