HƏMAS İsraili hədələdibackend

HƏMAS İsraili hədələdi

Fələstinin HƏMAS hərəkatının tərəfdarları İsrailin Nuseyrat qaçqın düşərgəsindən dörd həmvətənini azad etmək əməliyyatından sonra Qəzzada saxlanılan girovların sayını artıracaqları ilə hədələyir.

KONKRET.az Report-a istinadən xəbər verir ki, müvafiq bəyanat radikalların rəsmi teleqram kanalında dərc olunub.

“İsrail hərbçilərinin 8 aydan sonra girovlarından bir neçəsini azad etdiyini elan etməsi onların Qəzzada strateji məğlubiyyətə uğraması faktını dəyişmir: biz hələ də xeyli sayda girov saxlayırıq və onların sayını daha da artırmağa qadirik”, – bəyanatda vurğulanıb.

HƏMAS ABŞ-ın İsrailin Nuseyrat əməliyyatında fəal iştirak etdiyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*