“Hər kəs birinci imtahan cəhdində iştirak etsin, çünki…” – DİM sədrindən VACİB AÇIQLAMAbackend

"Hər kəs birinci imtahan cəhdində iştirak etsin, çünki..." - DİM sədrindən VACİB AÇIQLAMA

Məsləhət görürəm ki, hər kəs birinci imtahan cəhdində iştirak etsin.

KONKRET.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar ola bilər ki, imtahanların ikinci mərhələsi keçirilməsin:

“İmtahanlarla bağlı abituriyentlər və onların valideynləri bu gündən etibarən abituriyent jurnalını sifariş edərək, məlumatları əldə edə bilərlər. Subbakalavrlardan imtahan götürülmədiyi üçün, hələ ki, sənəd qəbulu başlamır. Bu abituriyentlər üçün iyul ayından etibarən sənəd qəbulu başlayacaq”.

Məleykə Abbaszadə qəbul imtahanına sənəd qəbulunda çətinlik çəkən abituriyent və valideynlərə məsləhət mərkəzlərinə yaxınşalamağı tövsiyə edib:

“Çox zaman görürük ki, bir insan 50 nəfərin ərizəsini doldurub. Kiminsə məlumatlarında yanlışlıq olduqda, abituriyentlə əlaqə saxlaya bilmirik. Yaxud da ali məktəb, ixtisas qrupu seçimində yanlışlıqlar olur. Sənəddə yol verilən səhvlərdə məsuliyyət valideyn və abituriyentin üzərinə qalır”

  • Ülvi
    May 26, 2021 - 12:30

    Yaxşı olardı ki, təkcə sənəd qəbulunda deyil, ixtisas seçimində də bir çox işbazlar “bazar” açırlar, qiymət də 10-50 manat arasında. Aydındır ki, bu da insanlar arasında narazıçılıq yaradır. ayrı-ayrı şəhərlərdə olan mərkəzlər bu işi niyə təşkil etmirlər. Qanuni olaraq 5-10 manat ödənişlə bu prosesi niyə ali məktəblər və kolleclərdə təşkil etmirlər? Pandemiyada.ətən müharibəsi günlərində stress keçirmiş, əsəbləri gərilmiş xalq üçün bunu təşkil etmək belə çətindir? Xüsusi müşahidələr göstərir ki, bu cür vəziyyəti yaradan DİM-nin yerlərdəki nümayəndəlikləri və nümayəndələri və ali məktəb və kolleclərin qəbulla əlaqədar qurum və şəxslərdir. Özləri valideyin və abituriyentləri məhz həmin işbazlar yönəldirlər. Keçən il bölgələrdə əsasən də qərb bölgələrində Gəncəbasar zonasında pandemiya dövründə biabırçı vəziyyət hökm sürürdü. Kömək edəsi müəssisələr ya imtina edirdi, ya da gün ərzində saat 10-17 intervalında camaatı yola verib, hər şeyi xüsusi işbazlar yönəldirik. Bəlkə millət olaq, müharibə dövründəki kimi birləşək, axı hamının 39+30+30-a gücü çatmır,əgər sonuncu 50 olmasa.

Ülvi üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*