Hikmət Hacıyev Niderland səfiri ilə görüşdübackend

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderlandın ölkəmizdəki səfiri Marian De Yonq ilə görüşüb.

KONKRET.az xəbər verir ki, Bu barədə məlumatı Niderlandın Azərbaycandakı səfirliyi “X” sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, görüşdə tərəflər regional prosesləri və Avropa İttifaqı ilə siyasi və iqtisadi əməkdaşlığı, həmçinin Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*