Simonyan Azərbaycana gələcək – ÖZÜ AÇIQLADIbackend

Simonyan Azərbaycana gələcək - ÖZÜ AÇIQLADI

“Uyğun vaxt yaranarsa, Azərbaycana səfər etməyə hazıram”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Münasib bir anda Azərbaycana getməyə hazıram. Hər hansı formatda azərbaycanlı həmkarımı da Ermənistana dəvət etməyi planlayıram”, – deyə Simonyan parlamentdə jurnalistlərə bildirib.

Ondan Azərbaycandan rəsmi dəvət alıb-almadığı soruşulduqda, Simonyan hələlik belə bir dəvətin olmadığını vurğulayıb.

Əlavə edib ki, təklif olarsa, onu nəzərdən keçirəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*