Gələn il devalvasiya olacaq? – VACİB AÇIQLAMAbackend

Gələn il devalvasiya olacaq? - VACİB AÇIQLAMA

Dünya bazarında neftin qiymətinin düşməsi artıq makroiqtisadi göstəricilərə təsir göstərməyə başlayıb. Post-neft dövrünə keçidin sürətləndiyi bir zamanda neft gəlirlərinin azalması manata təzyiqləri də artırır. Bu fonunda devalvasiya ehtimalı yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neft qiymətlərinin ucuzlaşması Azərbaycanın makroiqtisadi göstəricilərinə mənfi təsir edir və bu, müəyyən qədər milli valyutanın da mövqeyini zəiflədir.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

Ekspertin sözlərinə görə, Azərbaycanda məzənnə bazar tərəfindən deyil, inzibati qaydada tənzimləndiyi üçün qərar birbaşa Mərkəzi Bank və hökumətdən asılıdır:

“Bizdə tənzimlənən məzənnə rejimidir. Dövlətin imkanı var ki, neft 20 dollar olsa da məzənnəni saxlasın, yaxud neft 100 dollar olsa belə, məzənnəni möhkəmləndirməsin. Belə inzibati tənzimləmə üsullarından istifadə olunur. Ona görə də neftin qiymətinin düşməsi məzənnəyə təsir göstərsə də, bu yalnız uzunmüddətli proses olarsa özünü büruzə verəcək”, – deyə Cəfərli vurğulayıb.

Onun fikrincə, devalvasiya iqtisadi mexanizmlərin deyil, sırf dövlət qurumlarının qərar verəcəyi bir prosesdir:

“Nə vaxt lazım bilsələr, o vaxt qərar verəcəklər. Bu, gələn ilin əvvəlində də, sonunda da baş tuta bilər. Hətta gələn il heç baş verməyə də bilər. Çünki bu, bazar tənzimləməsi deyil, inzibati qərarla dəyişdirilən məsələdir”, – ekspert əlavə edib.

Beləliklə, neftin qiymətinin düşməsi manata təzyiqi artırsada, yaxın perspektivdə hansı qərarın veriləcəyini proqnozlaşdırmaq mümkün deyil.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*