Hilları Klinton Berlində şok yaşadı: “Sən cinayətkarsan”backend

Hilları Klinton Berlində şok yaşadı: “Sən cinayətkarsan”

ABŞ-nin 76 yaşlı keçmiş dövlət katibi Hillari Klinton Almaniyanın Berlin şəhərində sürprizlə qarşılaşıb.

KONKRET.az xəbər verir ki, Klinton “Theater des Westens”də keçirilən “Cinema for Peace” kino festivalında olarkən gözlənilməz reaksiya ilə qarşılaşıb. Müxtəlif oturacaqlarda əyləşən 6-7 nəfər ayağa qalxaraq Hillari Klintona Yaxın Şərqdəki gərginliyə görə məsuliyyət daşıdığını deyərək “Sən müharibə cinayətkarısan. Ayıb olsun sənə!” şüarları səsləndiriblər.

Etirazçılar həmçinin İsraili Qəzzaya hücumlarını dayandırmağa və dərhal atəşkəsə çağırıblar.

Hillari Klinton etirazçılara cavab verib ki, problemləri qışqırmaqla həll etmək olmaz. Aksiya iştirakçıları təhlükəsizlik gücləri tərəfindən zaldan çıxarılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*