Hindistan da hərbi baza qurmaq fikrindədir – Nikol nə etmək istəyir?backend

Hindistan da hərbi baza qurmaq fikrindədir - Nikol nə etmək istəyir?

Məhəmməd Əsədullazadə, politoloq

 

Son günlər müxtəlif beynəlxalq təşkilatlar və Qərbin media resursları Azərbaycan əleyhinə kampaniya apararaq ölkəmizi təcavüzkar siyasətdə ittiham edir. İnformasiya savaşının bir modeli olan qarayaxma kampaniyasının kökündə ciddi planlar dayanır. Əvvəlcə müxtəlif məsələlərdə ittihamlar səsləndirir, sonra ictimai fikri həmin istiqamətə yönləndirirlər. İndi Qərb Azərbaycana qarşı bu siyasətdən istifadə edir. Heç bir əsas olmadan ölkəmizi Ermənistana qarşı müharibəyə hazırlaşmaqda ittiham edən Qərb bununla öz məqsədlərini həyata keçirməyi düşünür.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayınca Qərbin bu siyasi xətti davam edəcək: “Bunun başında Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təbliğatı dayanır. Guya Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır və hər an hərbi əməliyyatlara başlaya bilər. Ona görə də Qərb dövlətlərinin rəsmiləri bu kimi açıqlamalar verməkdən çəkinmirlər.

Ermənistan baş naziri Nikol Paşinyan özünü Qərbə demokrat kimi sırıyır. Qərb isə Ermənistandan anti-Rusiya siyasətini reallaşdırmaq istiqamətində istifadə edir. Qərbi Azərbaycanla Rusiya arasında normallaşan münasibətlər narahat edir. Onlar hesab edirlər ki, Azərbaycan Rusiya ilə ittifaqdadır. Amma qəti şəkildə belə deyil. Azərbaycan Ermənistandan fərqli olaraq heç bir dövlətin təsiri altında olmayıb. Azərbaycan həmişə regionda müstəqil siyasət aparıb. Bunun müqabilində öz ərazilərini işğaldan azad edib. Ermənistan rəhbərliyinin təklifləri arasında özünün sülh gündəliyi var. Ermənistan bu gündəliyin detallarını açıqladıqda bir daha aydın görünür ki, düşmən tərəf sülhdən nə qədər uzaqdır”.

Politoloq bildirir ki, bu gün konkret olaraq Azərbaycan silahlanmır. “Ermənistan isə açıq şəkildə Hindistandan, Fransadan silah tədarük edir. Hətta Hindistan hərbi bazasını Ermənistanda qurmaq istəyir. Fransa ilə hərbi-texniki əməkdaşlıq həyata keçirilir. Bu, əlbəttə ki, Azərbaycana qarşı hərbi təcacvüz aktını reallaşdırmaqdır. İndi onlar qabaqdangəlmiş edib, Azərbaycanı müharibədə ittiham etmək istəyirlər”, – deyən politoloq qeyd edir ki, Azərbaycan diplomatiyası da çevik olmalı, Qərblə sıx işləməlidir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*