Dövlət başçısı: Bu gün Azərbaycanın regional məsələlərdə rolu artmaqdadırbackend

Dövlət başçısı: Bu gün Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır

Bu gün Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın etimadı və səmimiyyəti burada böyük rol oynayır:

“Bizə müraciət edənlər bilirlər ki, mövqeyimiz açıqdır. Biz həmişə səmimi olaraq harada kömək edə bilirdiksə, eləmişik. Bu, bir ənənəyə çevrilib. Bizim imkanımız varsa, yardım edirik. Bu gün həm maddi, həm də siyasi yardım edə bilirik. Məxfi məlumatlar sızmır. Sızıntı olursa, bu bizdən qaynaqlanmır”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan bütün tərəflərlə dürüstdür:

“Bu bizim sevincimizdir. Bizim münasibətlərimiz etimad üzərində qurulub və bu da faydalı olmağımıza imkan yaradır. Bu da regional siyasətin vacib faktoruna çevrilib. Təbii ki, bu gün Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır. Bizim mövqeyimiz konstruktivdir. Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, harada yardımçı və vasitəçi ola biliriksə, onu edək”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatında 120 ölkə var:

“Onların bəziləri bir-biri ilə ziddiyyət yaşayır. Bəziləri bir-biri ilə müharibə aparır. Onlar yekdil şəkildə Azərbaycana səs verdilər. Biz təbii ki, seçki dövründə öz haqqımızda təqdimatlar keçirdik. Üç il ərzində sübut etdik ki, biz işlər görürük. Yeni sədrin seçilməsində problemlər yarananda bizə müraciət edildi, biz növbəti bir il müddətinə də sədr seçildik. Bu, bizə regional formatda olan etimaddır və etibardır. Bizim ağzımız bu məsələlərdə bərkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*