Hindistanda hava limanında bomba xəbərdarlığıbackend

Hindistanda hava limanında bomba xəbərdarlığı

Hindistanın Qoa ştatında yerləşən Dabolim hava limanına bomba qoyulması barədə xəbərdarlıq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə hava limanının direktoru Dhanamcaya Rao məlumat verib.

“Biz bomba təhlükəsi ilə bağlı elektron məktub aldıq. Dərhal təhlükəsizlik xidmətlərimizi və aviaşirkətlərimizi xəbərdar etdik. Yaranmış təhlükə ilə bağlı lazımi tədbirlər görülür”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*