Hindistanda ildırım vurması nəticəsində 7 nəfər öldübackend

Hindistanda ildırım vurması nəticəsində 7 nəfər öldü

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda baş verib.

Əkin sahəsində şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşan şəxsləri ildırım vurub.

Nəticədə 7 nəfərin ölüb, 3 nəfərin ağır yaralanıb.

Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*