Hosteldə baş verən yanğında azı 10 nəfər ÖLDÜ – VİDEObackend

Hosteldə baş verən yanğında azı 10 nəfər ÖLDÜ - VİDEO

Yeni Zelandiyanın paytaxtı Vellinqtondakı hosteldə baş verən yanğında ən azı 10 nəfər həlak olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir neçə nəfər itkin düşüb.

Qeyd olunub ki, yanğınsöndürənlər yanan binadan 52 nəfəri xilas edə bilib. Yanğın zamanı azı 24 nəfərin xəsarət aldığı bildirilir. Onların əksəriyyətinə yerində tibbi yardım göstərilib, dörd nəfər isə Vellinqton xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Vellinqtonun mərkəzində yerləşən hosteldə yanğın yerli vaxtla saat 01:00 radələrində başlayıb. Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın səhər saatlarında söndürülüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*