İki saatdan bir yaddaşı sıfırlanır – Həkimlər çarə axtarırbackend

İki saatdan bir yaddaşı sıfırlanır - Həkimlər çarə axtarır

ABŞ-ın İllinoys əyalətində gənc qız nadir rast gəlinən xəstəliyə tutulub.

Konkret.az xarici KİV-ə istinadən xəbər verir ki, 16 yaşlı Riley Horner adlı qız konsertdə başından aldığı zərbədən sonra yaddaşında problemlər yaşamağa başlayıb.

Rileyin yaddaşı iki saatdan bir sıfırlanır. Hər səhər oyandığında iyun ayının 11-i olduğunu zənn edir.

İlk dəfə həkimlərə müraciət etdiklərində sadə beyin sarsıntısı olduğunu deyiblər. Ancaq onun həyatında qəribə hadisələrin baş verməsi ilə nadir xəstəliyin olduğu ortaya çıxıb.

Onun xəstəliyi klassik yaddaş itməsindən fərqlidir. Bəhs edilən xanımın yaddaşı hər iki saatdan bir yaşananları unudur.

Hələlik bu xəstəliyin müalicəsi mümkün olmasa da Riley, yaşadıqlarını yenidən xatırlamaq üçün fərqli təcrübələr aparır. O, hər iki saatın başında qurduğu həyəcan siqnalı ilə özünü xəbərdar edir.

Bundan əlavə yerləşdirdiyi əşyaların harda olduğunu bilmək üçün hər yerə qeyd vərəqləri qoyur. Həkimlər bildirib ki, bu xəstəlik 6 ay ərzində sağalmazsa qalıcı yaddaş itməsinə çevrilə bilər.

Hələlik isə bu tərzdə zədələnən yaddaşın bərpası istiqamətində araşdırmalar aparılır.

Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*