İkinci Dünya Müharibəsi zamanı batan gəmidə görün nə tapıldı – FOTObackend

İkinci Dünya Müharibəsi zamanı batan gəmidə görün nə tapıldı - FOTO

Havay adalarından təxminən 1600 kilometr aralıda yerləşən və İkinci Dünya Müharibəsi zamanı batmış “USS Yorktown” təyyarədaşıyan gəmisində sirli avtomobil aşkarlanıb.

KONKRET.az xəbər verir ki, ABŞ-ın “NOAA Ocean Exploration” komandası tərəfindən aparılan son dənizaltı araşdırmalar zamanı gəminin anqar hissəsində sənədlərdə adı keçməyən “Ford markalı” avtomobil tapılıb.

Araşdırmaçılar avtomobilin üzərində “Navy Ship Service” yazılmış nömrə nişanı olduğunu bildiriblər.

“USS Yorktown” 1942-ci ilin 4 iyununda “Midway” döyüşü zamanı Yapon torpedalarının hücumuna məruz qalıb və iyunun 7-də batıb. Gəmi heyətinin xilas edilməsi üçün təyyarələr və silahlar dənizə atılsa da, bu avtomobilin orada necə qaldığı hələ də aydın deyil.

Hazırda tədqiqatçılar avtomobilin mənşəyi və gəmidəki rolu ilə bağlı araşdırmaları davam etdirirlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*