TƏCİLİ: Köçəryan Bakıya gətiriləcək və müttəhim kürsüsündə oturacaq…backend

TƏCİLİ: Köçəryan Bakıya gətiriləcək və müttəhim kürsüsündə oturacaq...

Keçmiş Ermənistan prezidenti Robert Köçəryanın “2020-ci il müharibəsi mənim hakimiyyətim vaxtında ola bilməzdi” kimi açıqlamaları reallığı təhrif etmək cəhdi kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Minval.az-ın məqaləsində vurğulanır.

Yazıda qeyd olunur ki, onun və siyasi müttəfiqi Serj Sərkisyanın siyasəti regionda uzunmüddətli gərginliyə, işğal siyasətinə və ağır nəticələrə gətirib çıxarıb.

Müəllif qeyd edir ki, 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib və əvvəlki siyasət modeli iflasa uğrayıb.

Azərbaycanın prezidenti İlham Əliyevin mövqeyinə əsasən, regionda köhnə yanaşmalara və revanşizmə yer yoxdur.

Yazıda həmçinin vurğulanır ki, gələcəkdə müəyyən şərtlər daxilində Köçəryan kimi fiqurların məsuliyyətə cəlb olunaraq məhkəmə qarşısına çıxarılması istisna edilmir. Bununla yanaşı, Ermənistan cəmiyyətinin qarşısında əsas seçim kimi sülh, sabitlik və inkişaf yolu göstərilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*