Azərbaycanda təhsil distanta KEÇİRİLİR?backend

Azərbaycanda təhsil distanta KEÇİRİLİR?

“Təhlükəsizlik amili əsas gətirilərək distant təhsilə keçid düzgün yanaşma hesab edilmir”.

KONKRET.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib.

“Məktəb şagirdlər üçündür və onlar təhsili məhz məktəbdə almalıdırlar”.

E. Bağırov qeyd edib ki, müəyyən hallarda xüsusilə ucqar yaşayış məntəqələrində müəllim təminatının məhdud olduğu və ya tədrisin keyfiyyətli təşkili üçün imkanların çatışmadığı ərazilərdə distant təhsillə bağlı qərarlar verilə bilər:

“Lakin bu gün sırf şagird təhlükəsizliyi səbəbi ilə distant təhsilə keçid daha çox subyektiv yanaşma kimi qiymətləndirilir”./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*