“İlham Əliyev düşmən olsa da, savadlıdır, konstruktivdir. Erməniləri isə çox təhqir edir”backend

İlham Əliyev düşmən olsa da, savadlıdır, konstruktivdir. Erməniləri isə çox təhqir edir”

“Bu gün İlham Əliyev qələbədən zövq alır. Amma mənim ölkəmin bu gün lideri yoxdur. Ermənistanın digər vətəndaşları kimi, mən də qonşu, düşmən ölkənin Prezidentinin çox emosional bir zəmində təhqirlərinə məruz qaldım. Azərbaycan Prezidenti düşmən olsa da, savadlıdır, konstruktivdir. Amma Ermənistanın Baş nazirinin apardığı qeyri-adekvat siyasət nəticəsində İlham Əliyev Silahlı Qüvvələrin bəyanatlarından tutmuş adi vətəndaşlara qədər hər kəsi ələ salır, onları dilənçi adlandırır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Auditorlar Palatasının prezidenti Nairi Sarkisyan bildirib.

O deyib ki, “Hələ də ölkəsində mövcud vəziyyətə uyğunlaşa bilməyən vətənpərvər vətəndaşlar var. Onlar bilməlidirlər ki, tarix boyu həmişə eniş-yoxuş olub. İndi eniş mərhələsindəyik, amma yaxın gələcəkdə qalxma yoluna başlayacağıq. Bunlar sadəcə sözlər deyil, həqiqəti işimizlə sübut edəcəyik. Düşmən ölkədən cavab gözləmirəm, maraqlı da deyil. Tariximizdə Vətənin rifahı barədə düşünən həqiqətən vətənpərvər liderlərimiz olub. Məsələn, Karen Dəmirçyan Meğri vasitəsilə Naxçıvana yol açmağı təklif etdiyi üçün Heydər Əliyevə etirazını bildirmişdi. Amma bu gün Paşinyanın səbatsızlığı səbəbindən onun oğlu buna nail olub.

Biz düşmənin nifrət dilini qəbul etmirik. Ona görə də daha güclü olmalıyıq. Güclü olmalıyıq ki, düşmən bir daha bizimlə bu qədər kinayəli davranışlara yol verməsin. İndi səhvlərə yol verməməliyik.

Hökumətin etdiyi isə odur ki, səhv dalınca səhv buraxır: Əbu-Dabi sərgisində boş köşklər, təyyarə itkisi, İskəndərlə bağlı rüsvayçı açıqlama. Hansını deyim? Erməni xalqı yumruq göstərən bir millətdir, yumruq alan millət deyil. Biz bir ideya ətrafında birləşəndə ​​çox güclü oluruq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*