“İlhamə Quliyevanın bağışladığı brilyant boyunbağı saxta çıxdı”backend

“İlhamə Quliyevanın bağışladığı brilyant boyunbağı saxta çıxdı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyeva ilə maraqlı xatirəsini bölüşüb.

KONKRET.az yazır ki, o, bu barədə “Günaydın, Azərbaycan” verilişində danışıb.

Aparıcı bildirib ki, müğənninin ona hədiyyə etdiyi zinət əşyası saxta çıxıb:

“Ad günüm idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha o boyunbağını boğazımdan çıxartmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Eləmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də ki, brilyantdır. Bu bijuteriyadır. Bəlkə onun özünü də aldadıblar, deyə bilmərəm. Amma ilk aldığım brilyant hədiyyə idi, o da saxta çıxdı. Özüm hədiyyə edəndə adıma layiq edirəm. Hədiyyəni sevirəm. Xüsusilə ad günlərimdə gözləyirəm”. (Olay)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*