Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyanı nazirliyə çağırıb.
Bu barədə Belarus XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, erməni diplomata Ermənistan tərəfinin son “qeyri-dost hərəkətləri” ilə bağlı qəti etiraz bildirilib və müvafiq nota təqdim olunub.
Belarus XİN hadisənin detalları barədə əlavə məlumat açıqlamayıb.
Ağagül Mürsəlov,
KONKRET.az
