İrəvanda Zelenskinin səfərinə etiraz olaraq Ukrayna bayrağı yandırıldı – VİDEObackend

İrəvanda Zelenskinin səfərinə etiraz olaraq Ukrayna bayrağı yandırıldı - VİDEO

İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfərinə etiraz olaraq Ukrayna bayrağı yandırılıb. 

KONKRET.az  xəbər verir ki, aksiya “Yerablur” hərbi panteonunun ərazisində keçirilib.

Görüntülər “Colonelcassad” Telegram kanalında yayımlanıb.

Aksiya iştirakçısı bildirib ki, bu addım Zelenskinin Ermənistana “fəxri qonaq” kimi gəlməsinə etiraz məqsədi daşıyır.

“Burada Ukraynadan göndərilən fosfor silahı ilə yandırılan qardaşlarımız uyuyur. Bu gün isə həmin ölkənin prezidenti buraya fəxri qonaq kimi gəlib. Biz bu biabırçılığa şərik olmaq istəmirik”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan 44 günlük Vətən müharibəsində fosfor silahından istifadə etməyib. Əksinə, həmin dövrdə erməni separatçılarının Şuşa yaxınlığında öz silah anbarlarını fosfor tərkibli vasitələrlə yandırması barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Zelenski İrəvana Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün gəlib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*