İlin ilk “El Klasiko”su bu gün baş tutacaqbackend

İlin ilk “El Klasiko”su bu gün baş tutacaq

Bu gün 2024-cü ilin ilk “El Klasiko”su baş tutacaq.

KONKRET.az xəbər verir ki, “Real Madrid” və “Barselona” İspaniya Superkubokunun finalı çərçivəsində üz-üzə gələcəklər.

Qarşılaşma Səudiyyə Ərəbistanında baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, matçda heç də bütün əsas oyunçular meydana çıxa bilməyəcəklər. “Real Madrid”in heyətində David Alaba, Tibo Kurtua və Eder Militao zədələniblər. “Barselona”da isə ter-Ştegen, Qavi, Alonso, Kanselo, Martinez və Rafinya yaşıl meydandan kənar qalacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*