İmişlidə yol qəzası oldu – Yaralılar varbackend

İmişlidə yol qəzası oldu - Yaralılar var

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, yol qəzası saat 20 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Samir Fazil oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Cəfərli kənd sakini Məmmədov Cavad Azad oğlu xəsarət alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*