İnsanlar tezliklə avtomobillərdən imtina edəcək – FOTObackend

İnsanlar tezliklə avtomobillərdən imtina edəcək - FOTO

2035-ci ilə qədər bütün dünyada şəxsi avtomobillərdən istifadə azalacaq və insanlar daha səmərəli, ekoloji cəhətdən təmiz və rahat nəqliyyatı seçəcəklər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, oxşar proqnozu ictimaiyyətə “McKinsey” konsaltinq şirkəti elmi hesabatında təqdim edib.

Belə ki, hazırda üstünlük verilən nəqliyyat vasitəsi şəxsi avtomobillərdir.

Lakin ekspertlərin fikrincə, şəxsi avtomobillərin daşıma payı 2022-ci ildəki 45 faizdən 2035-ci ildə 29 faizə enəcək.

Bildirilib ki, 2020-ci ildə İXQ emissiyalarının 20 faizi nəqliyyat sektorundan, ən çoxu isə şəxsi avtomobillərdən gəlib.

Statistikaya əsasən, dünyanın 150 şəhəri dayanıqlı nəqliyyat növlərini təşviq etmək üçün addımlar atıb.

Hesabatda vurğulanır ki, ictimai nəqliyyat, skuterlər, elektrik velosipedlər və mini avtomobillər maşın ala bilməyən insanlar üçün daha çox üstünlük verilən nəqliyyat növünə çevrilə bilər.

Şirkətin proqnozlarına görə, bununla əlaqədar şəhərlərin infrastrukturu böyük dəyişikliklərə məruz qalacaq.

Bu gün dünyada 1,3 milyard avtomobil istifadə olunur ki, onların da əksəriyyəti şəxsi nəqliyyat vasitələridir.

“Şəxsi avtomobillər ictimai nəqliyyatdan daha az sərnişin daşıdıqları üçün tıxac yaradır. Bununla belə, hazırda ictimai nəqliyyata yüksək tələbat var”, – hesabatda deyilir.

Qeyd olunub ki, sərnişinlər, o cümlədən sürücülər üçün metro ilə səyahət tıxacda bir saat qalmaqdan daha xoşdur. Bundan başqa, respondentlərin 46 faizi mobil nəqliyyata keçdikdən sonra onun effektivliyinə əmin olub. Həmçinin sorğuda iştirak edənlərin 16 faizi nəqliyyat vərdişlərində dəyişiklik etməyi planlaşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*