İnstaqram yeni mesencerini təqdim edibbackend

İnstaqram yeni mesencerini təqdim edib

Ölkəmizdə gənclərin sevimli sosial şəbəkəsi olan İnstaqram yeni mesencerini təqdim edib – KONKRET.az “Facebook” şirkətinin rəsmi səhifəsinə istinadən bildirir ki, yeni mesencerə “Threads” adı verilib.

Mesencerdə İnstaqramda hələ 2018-ci ildə peyda olmuş “yaxın dostlar” bölməsinə daxil edilmiş istifadəçilərlə ünsiyyət qurmaq mümkündür. “Yeni mesencer ayrıca bir tətbiqdir və istifadəçilər arasındakı münasibətin konfidensiallığı, mütəmadiliyi və sıxlığı nəzərə alınmaqla hazırlanıb. Siz “Threads”in köməyilə şəkilləri, videoları, xəbərləri, hekayələri və s. İnstaqramdakı “yaxın dostlarınız”la bölüşə bilərsiniz. Sizə daha əziz, daha yaxın olan insanlarla qarşılıqlı münasibətləri özünüz sazlaya bilərsiniz”, – deyə şirkətin xəbərində vurğulanıb.

Mobil telefonunuzda “Threads” yükləndikdən sonra da, “yaxın dostlarınız”dan aldığınız mesajlar İnstaqramın birbaşa “Direct” bölməsində də əks olunacaq.

Yeni mesencer rəsmən dünən təqdim olunub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*