“Salernitana” baş məşqçisi Filippo İnzagini istefaya göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Buna komandanın 2023/2024 mövsümündə A seriyasında uğursuz çıxışı səbəb olub.
İtaliya çempionatının 24 turundan sonra “Salernitana” 13 xal toplayıb və hazırda 20-ci yerdədir.
Xatırladaq ki, 50 yaşlı mütəxəssis “Salernitana”nın baş məşqçisi vəzifəsinə ötən ilin oktyabrında təyin olunmuşdu.