İran bütün dünyada nüvə silahı ehtiyatlarının ləğvini tələb edirbackend

İran bütün dünyada nüvə silahı ehtiyatlarının ləğvini tələb edir

İran bəşəriyyət üçün ən böyük təhlükə olduğu üçün dünyadakı bütün nüvə silahı ehtiyatlarının məhv edilməsini tələb edir.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Silahsızlaşdırma Konfransında deyib.

“İran bütün bəşəriyyət üçün ən böyük texnogen təhlükə olan bütün nüvə silahlarının məhv edilməsini tələb edir. Nüvə silahlarının tamamilə ləğvi Xirosima və Naqasaki kimi faciələrin təkrarlanmasının qarşısını almaq üçün yeganə təsirli və etibarlı yoldur”, – deyə nazir bildirib.

Bu barədə Xarici Siyasət Departamentinin rəsmi Telegram-kanalında yer alan bəyanatda deyilir:

“Əgər Silahsızlanma Konfransına üzv olan bütün dövlətlər, xüsusən də nüvə gücləri siyasi iradə nümayiş etdirsə və tərksilahla bağlı öhdəliklərini yerinə yetirsə, biz Konfransın düşdüyü çıxılmaz vəziyyətdən çıxa biləcəyik”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*