İranın üç diplomatik missiyası Səudiyyə Ərəbistanında fəaliyyətini bərpa edib.
KONKRET.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Çafi bildirib.
“İranın Ər-Riyad və Ciddədəki üç diplomatik missiyası ilkin mərhələdə işə başlayıb”, – o deyib.
Diplomat nümayəndəliklərin formatını açıqlamayıb.
Qeyd edək ki, cümə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu barədə bildirib:
“İran və Səudiyyə Ərəbistanının səfirlik və konsulluqları yaxın günlərdə fəaliyyətini bərpa edəcək”.
Xatırladaq ki, martın 10-da Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri və səfirliklərin işini bərpa etmək barədə razılığa gəliblər. İki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb, nəticədə üçtərəfli bəyanat hazırlanıb.
İqbal Rzayev,
KONKRET.az
