İran tezliklə Rusiyadan qabaqcıl qırıcıları təhvil alacaqbackend

İran tezliklə Rusiyadan qabaqcıl qırıcıları təhvil alacaq

Gələn həftə Rusiya istehsalı olan “Su-35” təyyarələri İrana təhvil veriləcək.

KONKRET.az xəbər verir ki, İran Hərbi Hava Qüvvələri bu qırıcıların ilk partiyası ilə təchiz olunacaq.

Ötən həftə Küveytin “Əl-Caridə” qəzeti də məlumatlı mənbəyə istinadla iddia etmişdi ki, İran Rusiyanın “Sukhoi 35” döyüş təyyarələrini alsa da, onların istismara buraxılması üçün lazımi hissələri hələ də əldə etməyib. İsrailin və Fars körfəzi ölkələrinin müqaviməti ucbatından Rusiya indiyədək qırıcıların mühüm hissələrini İrana verməkdən imtina edib. Lakin artıq Moskva qadağanı aradan qaldırıb.

Bununla bərabər, İran hərbi nümayəndə heyəti Rusiyadan “S-400” raketlərinin alınması barədə danışıqlar aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*