İranda son bir ildə ətin qiyməti 90%-dən çox qalxıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azad Iran Telegram kanalı məlumat yayıb.
İran Statistika Mərkəzinin məlumatına görə, ölkədə ərzaq və içkilərin illik inflyasiyası 45,1% təşkil edib.
Bu ilin yanvar ayında mal və toyuq ətinin qiymətləri rekord 93,3% artıb.