İranda PUA hazırlayan alimin meyiti AŞKARLANDIbackend

İranda PUA hazırlayan alimin meyiti AŞKARLANDI

İranda aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim və pilotsuz uçan aparatların hazırlanması ilə məşğul olan doktor Əyyub Ənsarinin meyiti aşkarlanıb.

KONKRET.az “Newsru.co”ya istinadən xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

İlkin məlumata əsasən, alim “qidadan zəhərlənərək” ölüb. Əyyub Ənsarinin zəhərləndiyi ehtimal edilir.

Onun ölümündə İsrail MOSSAD-ının adı da hallanır. Ancaq rəsmi Tehran hadisə ilə bağlı hələ ki açıqlama verməyib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*