İranın bütün əyalətlərində Ekspertlər Şurasına və Məclisə (birpalatalı parlament) seçkilər keçirilir.
KONKRET.az İran mediasına istinadən bildirir ki, səhər saat 8-də daxili işlər naziri Əhməd Vahidinin əmri ilə 12-ci çağırış İran parlamentinin və 6-cı çağırış Ekspertlər Şurasının üzvlərinin seçilməsi üçün bütün seçki məntəqələri açılıb.
Seçicilər parlamentin 290 üzvünü və Ekspertlər Şurasının 88 üzvünü müəyyənləşdirməlidir. Parlamentin yeni tərkibi 4 il, İran İslam Respublikasının liderini seçmək vəzifəsi daşıyan məşvərət orqanı olan Ekspertlər Şurasının yeni tərkibi isə 8 il müddətinə seçilir.
Qeyd edək ki, ölkə üzrə 60 milyondan çox insanın səsvermə hüququna malik olduğu bildirilir.
Xatirə SADİQ,
KONKRET.az
