İrandakı zəlzələ haqda İLKİN məlumat: 5 ölü, 120 yaralı varbackend

İrandakı zəlzələ haqda İLKİN məlumat: 5 ölü, 120 yaralı var

İranda dünən gecə 5.9 maqnitudada baş verən zəlzələ nəticəsində 5 nəfər həlak olub, 120-dən çox şəxs yaralanıb.

KONKRET.AZ-ın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, ilkin olaraq ölü sayı 4, yaralı sayı 70 nəfər göstərilirib.

Qeyd edək ki, zəlzələnin episentri Təbrizdən (Şərqi Azərbaycan vilayəti) 156 kilometr cənub-şərqdə yerləşib.

Şərqi Azərbaycandakı böhran idarəetmə mərkəzinin rəhbəri Məhəmməd Baker Honar bölgəyə 8 xilasetmə qrupunun göndərildiyini deyib.

Bir cavab yazın