İranın cənub-şərqində terrorçu qruplaşmanın yaraqlıları ilə silahlı toqquşma nəticəsində bir iranlı sərhədçi həlak olub, ikisi isə yaralanıb.
KONKRET.az xəbər verir ki, bunu İranın Seravan şəhərinin meri Səid Taclili deyib.
“Seravan şəhəri yaxınlığında sərhədçilər ilə terrorçu qruplaşmanın yaraqlıları arasında silahlı qarşıdurma zamanı bir sərhədçi öldürülüb, daha iki nəfər yaralanıb”, – Taclili bildirib.
Qeyd edək ki, sərhədçilərə hücum edən silahlıların hansı terror təşkilatına mənsub olduğu barədə məlumat verilməyib.
Ariz Həsənoğlu,
KONKRET.az
