İraqda su ehtiyatları ən aşağı səviyyəyə çatıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Su Ehtiyatları Nazirliyinin müşaviri Haha Daraa bildirib.
Onun sözlərinə görə, ölkə ciddi su çatışmazlığı ilə üz-üzədir.
Nazirlik rəsmisi qeyd edib ki, su anbarlarında və bəndlərdəki ehtiyatlar nazirliyin tarixində ən aşağı səviyyəyə çatıb.
Xatırladaq ki, bu yaxınlarda İraqın xarici işlər naziri Fuad Hüseyn və türkiyəli həmkarı Hakan Fidan İraqda su qıtlığı fonunda su ehtiyatları komitəsinin yaradılması barədə razılığa gəliblər.
İqbal Rzayev,
KONKRET.az
