İrəvanda hakimiyyət əleyhinə müxalifətin növbəti mitinqi keçirilib.
KONKRET.az xəbər verir ki, bu gün etirazçılar Paşinyanın iqamətgahının qarşısına toplaşaraq təhlükəsizlik qüvvələrinə butılka atmağa başlayıblar. Təxminən üç saat əvvəl ciddi toqquşmalar başlayıb. Parlamentin vitse-spikeri və bu mitinqlərin “aparıcısı” İşxan Saqatelyanı maşından çıxarmağa cəhd ediblər.
Polis səs qumbaralarından istifadə etməyə başlayıb, polis və etirazçılar arasında xəsarət alanlar var. Təcili yardım maşınları Fransa meydanına gəlib.
Müxalifətlə polis arasında baş verən qarşıdurmada yaralananların sayı 35-ə çatıb.
“Saat 22:30-a olan məlumata görə, müxtəlif tibb mərkəzlərinə 42 nəfər, o cümlədən 22 polis əməkdaşı müraciət edib. Hamısı araşdırılır. Onların səhhəti ilə bağlı əlavə məlumat verəcəyik. Hazırda səhiyyə naziri Anait Avanesyan və nazir müavini Armen Nazaryan “Heratsi” №1 xəstəxana kompleksindədir”, – Ermənistan Səhiyyə Nazirliyi bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
