İrlandiyalı basketbolçular israillilərlə əl sıxmaqdan imtina etdilərbackend

İrlandiyalı basketbolçular israillilərlə əl sıxmaqdan imtina etdilər

İrlandiya qadın basketbol komandası israilli rəqiblə əl sıxmaqdan imtina edib.

Hadisə Avropa çempionatının seçmə mərhələsindən öncə baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə BBC yayım korporasiyası məlumat yayıb.

Bundan əvvəl “Irish Sports for Palestine” İsrailin Qəzza zolağındakı əməliyyatlarına etiraz olaraq matça qatılmamağı təklif etsə də, İrlandiya komandası bu tələblə razılaşmayıb. Komandanın mətbuat xidməti bəyan edib ki, qadınlardan ibarət komanda cərimə və diskvalifikasiyadan yayınmaq üçün oyunu boykot etməyəcək, lakin oyunöncəsi ənənəvi salamlaşma baş tutmayacaq.

Qarşılaşma İsrail yığmasının 87:57 hesablı qələbəsi ilə başa çatıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*