İspaniyada “mavi” keşiş “Viaqra”nın qurbanı oldu – Özü və sevgilisi saxlanıldıbackend

İspaniyada “mavi” keşiş “Viaqra”nın qurbanı oldu – Özü və sevgilisi saxlanıldı

İspaniyanın qərbindəki Don Benito şəhərindən olan keşişlə sevgilisi “Viaqra” və cinsi istəyi artıran digər preparatların qeyri-qanuni satışında şübhəli bilinərək saxlanılıblar.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, polis axtarış zamanı satışa hazır külli miqdarda stimullaşdırıcı maddə ələ keçirib. İspaniyada cinsi fəallığı artırmaq üçün dərmanlar yalnız reseptlə satılır.

Keşişin getdikcə artan müştəri bazasının olduğu müəyyənləşdirilib. Cinsi stimullaşdırıcılar həm kilsə iqamətgahında, həm də məbədin digər yerlərində satılırmış.

Kilsədəki rəhbər vəzifəsinə görə şübhə doğurmayacağını güman edən keşişin başqa bir kişi ilə münasibəti də məlum idi. Buna baxmayaraq “müqəddəs” ata yaxşı nüfuza sahib olub.

Yerli yeparxiya bəyanatında “ağrı və iztirablara” səbəb olan “qalmaqal”dan təəssüfləndiyini bildirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*