İsrail günahsız mülki insanların müdafiəsinə görə məsuliyyət daşımalıdır – Ağ Evbackend

İsrail günahsız mülki insanların müdafiəsinə görə məsuliyyət daşımalıdır - Ağ Ev

İsrail Qəzzada günahsız mülki insanların müdafiəsi üçün məsuliyyət daşımalıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib.

Sullivan qeyd edib ki, İsrail terrorçuları mülki şəxslərdən ayırmaq üçün bütün mümkün tədbirləri görməlidir.

“Həmas dinc əhalidən canlı qalxan kimi istifadə etməklə və öz terror infrastrukturunu mülki vətəndaşlar arasında yerləşdirməklə İsrailin işini son dərəcə çətinləşdirir”, – Sullivan deyib.

“İsrail beynəlxalq humanitar hüquq çərçivəsində terrorçularla mülki şəxsləri ayırd etmək və günahsız insanların həyatını qorumaq məsuliyyətini daşımalıdır”, – diplomat əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*