İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriya ordusunun Hələb şəhəri yaxınlığındakı (Dəməşqdən 360 km aralıda) mövqelərinə raket zərbələri endirib.
KONKRET.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya silahlı qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
“İsrail Hələb Beynəlxalq Hava Limanına və şəhər yaxınlığındakı bir sıra nöqtələrə raket zərbələri endirib. Maddi ziyan dəyib, Hələb Beynəlxalq Hava Limanı sıradan çıxıb”, – agentliyin mənbəsi bildirib.
Qeyd olunub ki, hücumda bir suriyalı hərbçi həlak olub, ikisi mülki şəxs olmaqla yeddi əsgər yaralanıb.
İqbal Rzayev,
KONKRET.az
