İsrailin Qəzzadakı postmüharibə planı açıqlandıbackend

İsrailin Qəzzadakı postmüharibə planı açıqlandı

İsrailin Baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetə Qəzzada müharibədən sonrakı nizamlanma planını – HƏMAS-ın “ertəsi günü” üçün təkliflər paketini təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş nazirin müşaviri Dmitri Gendelman öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, sənəd bu mövzu ilə bağlı müzakirələrdən əvvəl Nazirlər Kabinetinin bütün üzvlərinə paylanıb.

Planda Qəzza zolağının tam demilitarizasiyası nəzərdə tutulub. Burada yalnız ictimai asayişin qorunması üçün zəruri olan silahlar istisna olunub.

Netanyahu regionda hakimiyyəti “inzibati təcrübəyə malik yerli qüvvələrə” ötürməyi təklif edir. Amma bu qüvvələrin terroru dəstəkləyən dövlət və təşkilatlarla əlaqəsi olmamalıdır.

“Qəzza zolağında bütün dini qurumları, təhsili və sosial sahəni əhatə edən deradikalizasiya proqramı həyata keçiriləcək. Bu, imkan daxilində, öz ərazisində deradikalizasiya təcrübəsi olan ərəb dövlətlərinin iştirakı və köməyi ilə həyata keçiriləcək”, – sənəddə deyilir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*