Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin növbəti gərginləşməsindən sonra İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 4 300 nəfəri keçib, 13,5 mindən çox insan yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.
“4385 nəfər ölüb, onlardan 1756-sı uşaqdır. 13561 sakin yaralanıb”, – nazirliyin açıqlamasında deyilir.
