İştirakçı virusa yoluxdu – Tünzalə özü yarışdı – VİDEObackend

İştirakçı virusa yoluxdu - Tünzalə özü yarışdı - VİDEO

“Səs Azərbaycan” mahnı müsabiqəsinin dünənki buraxılışı maraqlı anlarla yadda qalıb. Belə ki, xalq artisti Tünzalə Ağayeva qarşıdurmada öz iştirakçısı Səbinə Quluzadə ilə yarışıb.

KONKRET.az xəbər verir ki, buna səbəb S.Quluzadənin duet ortağı Nofəl Aslanovun koronavirusa yoluxması olub. Tünzalə Nofəlin yerinə çıxış edib.

Onlar birlikdə “I have this kiss forever” adlı mahnını ifa ediblər.

Sonda Ağayeva iştirakçısının çıxışını bəyəndiyini, bu səbəbdən də onu seçdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*