“Ukraynaya qoşun göndərmək İsveç üçün aktual deyil”.
KONKRET.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson SVT telekanalının səhər proqramında deyib.
“Hazırda biz İsveçdən Ukraynaya müxtəlif yollarla qabaqcıl aktivlərin göndərilməsi ilə tam məşğuluq, hansı ki, bunu bir çox ölkələr edir… Ukrayna da qoşun göndərilməsini tələb etmir. Bu məsələ aktual deyil”, – Kristersson bildirib.
İsveçin baş naziri qeyd edib ki, dövlətlərin digər ölkələrin işlərində müxtəlif iştirak ənənələri var.
“Fransız ənənəsi İsveç ənənəsi deyil. Mən Fransanın Ukraynaya kömək etmək istəyinə hörmətlə yanaşıram. İndi biz Ukraynaya fərqli şəkildə kömək edirik, ölkəni qabaqcıl texniki hərbi vasitələrlə təmin edirik”, – deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
